Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə vəzifədə adamım var, nə də...” – Xoşqədəm Səhiyyə Nazirliyinə səsləndi 

Teleaparıcı Xoşqədəm Hidayətqızı dünən efir vasitəsilə yenidən Səhiyyə Nazirliyinə səslənib...

PİA.az xəbər verir ki, X. Hidayət nazirliyin onu yalançı çıxarmasına münasibət bildirib:

“Mən nə üçünsə yalan danışmağı sevmirəm. Mən çəkiliş etdim, çünki bir vətəndaş kimi mənə təsir etdi. Mən maşının qapılarını açıq qoyub qaçmışdım, oraya çatanda dedilər ki, biz 15 dəqiqədir burdayıq, mən də 20 dəqiqə orada dayanmışam. Mən onu ictimailəşdirdim  ki, görəvli qurumlar tapşırıq versin, təcili yardımlar tez gəlsin. Bir də baxıram ki, təkzib veriblər ki, Xoşqədəm yalan deyir, təcili yardım 15 dəqiqəyə gəlib.  Ay qardaş, mən yetim bir qızam. Yetim bir insanam. Nə vəzifədə adamım var, nə də orada işə düzəldəcək kimimsə yoxdur. Mən jurnalistəm. Əlimdə bir qələmim var, istədiyim yerə də yaza bilərəm. 

Çox təəssüflər olsun ki, siz mənim səmimi müraciətimi başqa cür anlayırsınız.  Xeyr, yalan deyil. 40 dəqiqəyə gəlib çatdı maşın”.

Xatırladaq ki, ötən gün öncə Bakıda baş vermiş ağır yol qəzası haqda tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “İnstagram”da məlumat verib. Aparıcının yazdığına görə, yol qəzası səhər saatlarında Xəzər TV-nin binası yanında baş verib və təcili yardım çox gecikib: "Düz 40 dəqiqə ərzində qanlar içərisində uzanan gənc qızla birlikdə hər kəs təcili yardım gözləyirdi… Biabırçılıqdır sadəcə”.

Bunun ardınca isə Səhiyyə Nazirliyi Xoşqədəm Hidayətqızının dediklərini təkzib edib. Bildirilib ki, Təcili Tibbi Yardımın dispeçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11.00-da həkim briqadası  hadisə yerinə çatıb. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşıb

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

AVRO-2024: İlk yarımfinal görüşü start götürüb

Ən çox oxunanalar